Sberbankın sədri German Qref 2016-cı ilin ilk yarısı üçün proqnozlaşdırılan neft qiymətlərindən danışıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bankir ilin birinci yarısında qiymətlərin 1 barel üçün 25 dollarla 35 dollar arasında olacağını və ilin ikinci yarısında isə yüksələn xətlə gedəcəyini deyib.Qrefin fikrincə, bu il bütün neft ölkələrini ağır günlər gözləyəcək.
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kurdin isə Davos forumunda iştirakı zamanı neft qiymətlərinin hələ ən aşağı səviyyəyə çatmadığını və 18 yaxud 16 dollara qədər ucuzlaşacağını deyib.
Onun fikrincə, Rusiya iqtisadiyyatı şokdan çıxmalı və orta perspektivdə yeni reallığa uyğunlaşmalıdır.
Vüqar İsmayılov