“2015-ci ildə hər bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112,5 manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları, 112,4 manatlıq qeyri-ərzaq məhsulları alıb”.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2014-cu ilin muvafiq gostəricisi ilə muqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına 15,2 manat, ərzaq məhsullarının, içkilər və tutun məmulatlarının alınmasına 15 manat daha cox vəsait xərclənib.
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsulları, ickilər və tutun məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7 faizi avtomobil yanacağının, 6 faizi elektrik malları və mebelin, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 2015-ci ildə elektron pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12,8 milyon manatlıq və ya 2014-cu illə muqayisədə 1,9 dəfə cox istehlak məhsulları satılıb.
Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışı 2014-cu ilin səviyyəsini 1,9 dəfə ustələyərək 12,3 milyon manata bərabər olub. Eyni zamanda 2015-ci ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1642,8 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali sektoruna aid olub. 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,0 faizi qeyri-dövlət sektorunun
payına düşüb.Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,0 faizi və ya 870,2 milyon manatı mobil telefon rabitəsindən yaranıb.
Aytən ZƏHRA