Modern.az

Azərbaycanın 6 bankının beynəlxalq reytinqi açıqlanıb

Azərbaycanın 6 bankının beynəlxalq reytinqi açıqlanıb

22 Yanvar 2016, 12:22

"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın 6 bankı üzrə reytinq fəaliyyətini dərc edib.

Trend-in məlumatına görə, agentlik "Xalq Bank", "Bank Respublika" və "Kapital Bank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətini müvafiq olaraq b3, b2 və b1 səviyyəsində təsdiq edib.

Bu bankların uzunmüddətli kredit reytinqləri üzrə proqnozu "stabil"dən "neqativ"ə düşürülüb.

Agentlik, həmçinin VTB (Аzərbaycan), "Bank of Baku" və "Unibank"ın kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsini və uzunmüddətli kredit reytinqlərini azaldıb və onları "neqativ" proqnozlu siyahıya daxil edib.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama