Modern.az

Ticarət obyektlərində qıtlıq yoxdur – RƏSMİ

Ticarət obyektlərində qıtlıq yoxdur – RƏSMİ

İqtisadiyyat

23 Yanvar 2016, 14:47


Neftin qiymətinin sürətlə aşağı düşməsi, “üzən məzənnə” siyasətinə keçid, devalvasiya ölkədə ərzaq və qeyri-ərzaq məhsullarında bahalaşmaya səbəb oldu. Məhsullar baha qiymətə istehlakçılara təqdim edildi.

Yalnız dövlətin bu işə qarışmasından sonra bazarda qiymətlərdə müəyyən qədər enmələr oldu və istehlak bazarına nəzarət gücləndirildi.  

Lakin bu dəfə ticarət obyektləri boşalmağa başladı.

Belə ki, böyük şirkətlər məhsulları marketlərdən götürürərək anbarlara yığır və marketlərə yeni məhsullar paylamağa tələsmir. Onlar əvvəl payladıqları və ticarət obyektləri tərəfindən satılan məhsullar üzrə yığılmış borcların tamamilə ödənilməsini gözləyirlər

. Eyni zamanda şirkətlər bazar üzərində nəzarət kampaniyasının da bitməsinə ümid edirlər ki, bundan sonra böyük qiymət fərqlə malları satsınlar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin  mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a açıqlamasında bildirib ki, ticarət obyektlərində qıtlıqdan söhbət gedə bilməz.

“Bu gün ticarət obyektlərində qıtlıq müşahidə olunmur. Ticarət obyektlərində geniş çeşiddə məhsullar istehlakçılara təqdim olunur. İqtisadiyyat  Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Bu tədbirlər daimi xarakterlidir”.

  Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama