Azərbaycan hökuməti bu il Beynəlxalq Banka əlavə olaraq 600 milyon manat ayırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir.
Məlumatda bildirilir: "Bu hökumətin ölkənin böyük bankına dəstəyini göstərir. Kiçik bank sektoru hökumətə bu sektoru dəstəkləmək üçün imkan yaradır".
Beynəlxalq Bank 1992-ci ilin yanvarında yaradılıb.
Bankın əsas aksioneri Azərbaycan hökumətidir, hansı ki, aksiyaların 51,07 faizinə malikdir, digər aksiyalar isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Modern.az