Modern.az

Dövlət büdcəsində neftin qiyməti 25 dollar götürüləcək

 Dövlət büdcəsində neftin qiyməti 25 dollar götürüləcək

24 Yanvar 2016, 21:46

 

2016-cı ilin dövlət büdcəsində dəyişiklik zamanı neftin bir berelinin qiyməti 25 dollardan götürüləcək. Modern.az saytı xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinə dəyişiklik ediləcək. Nazir buna səbəb kimi dünya bazarlarında neftin qiymətlərinin dəyişməsini göstərib.

Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsi təsdiq edilən zaman neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub.

Nazirlik tərəfindən yeni təqdim olunacaq büdcə layihəsində isə dövlət büdcəsinin gəlirlərinin 1.9 milyard, xərclərinin isə 2 milyarda yaxın artacağı proqnozlaşdırılır. Hazırda büdcə gəlirləri 14.5 milyarddırsa, yeni təsdiq olunacaq büdcə layihəsində bu 16.4 milyard səviyyəsində olacaq.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama