Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Xatrırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin də bank lisenziyası ləğv edilib.
Gülşən RAUFQIZI