Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə bazar günü məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbərində, Alıxanlı və Kürdmahmudlu kəndlərində olubş, vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləyib.
İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, əvvəlcədən planlaşdırılmayan görüşdə sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların həll olunmasına çalışılıb.
Alı Alıyev aidiyyəti qrumların nümayəndələri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbələrində, Alıxanlı və Kürdmahmudlu kəndlərində topdan və pərakəndə satış mərkəzlərində də olub, alıcı və satıcılarla söhbət edib, ərzaq məhsullarının, çörəyin və unun qiyməti ilə maraqlanıb. Alıcılar ölkə başçısının tapşırığından sonra unun və çörəyin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin endiyibi qeyd ediblər.
İcra başçısı dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, ona görə də ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artdığını qeyd edib. Bildirib ki, hazırda dövlət ölkədə istehsal olunan və əhalinin ərzaq səbətinə daxil olan məhsulların qiymətlərinin sabit saxlanılmasına, yerli istehsalı artırmağa çalışır.
Alı Alıyev rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin bundan sonra da görüləcəyini bildirib.
Zobucuq qəsəbələrində və Alıxanlı və Kürdmahmudlu kəndlərində məskunlaşan məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını fasiləsiz və pulsuz qaz, işıq, su və digər sosial problərinin həll olunduğunu bildiriblər.
Alı Alıyev vətəndaşlara süni qiymət artımı və onları narahat edən digər məsələlərlə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək ictimai nəzarət qaydasında rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xət”də və aidiyyəti qurumlara məlumat vermələrini xahiş edib.