Modern.az

Lukoyl: “Neftin 30 dollar olduğu dünya mümkün deyil”

Lukoyl: “Neftin 30 dollar olduğu dünya mümkün deyil”

İqtisadiyyat

25 Yanvar 2016, 15:53


Lukoyl şirkətinin vitse-prezidenti Leonid Fedun dünyanın neftin 1 barelinin 30 dollar olduğu zamanda dövr edə bilməyəcəyini deyib.  

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Fedun TASS agentliyinə açıqlamasında deyib.  

“Neftin qiymətini 30 dollardan da aşağı salmaq iqtisadi baxımdan mümkündür. Möhtəkirlər üçün bu qiymət əlverişlidir. Texnologiya baxımından isə neftin 30 dollara satıldığI dünya mümkün deyil. Həmin neft kifayət etməyəcək”.

Lukoyl rəsmisinin fikrincə, neft qiymətləri artmaqda davam edəcək. Sadəcə, bunun üçün OPEK üzvlərinin mövcud qərarları təkan verməlidir.    

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama