Modern.az

Neft hasilatı 0.8 faiz azalıb

 Neft hasilatı 0.8 faiz azalıb

İqtisadiyyat

25 Yanvar 2016, 21:59

 

2015-ci ildə Azərbaycanda 41,69 milyon ton neft və qaz-kondensat hasil edilib. Modern.az saytı xəbər verir ki, bunu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 0,8 faiz azdır. 2014-cü ildə Azərbaycanda 41,9 milyon ton neft və kondensat hasil olunub.

Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun payına düşür.

2015-ci ildə əmtəə qazının hasilatı 19,72 milyard kubmetr təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 5,5 faiz çoxdur. 2014-cü ildə 18,7 milyard kubmetr, 2013-cü ildə isə 17,9 milyard kubmetr əmtəə qazı hasil olunub.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama