“Əhalinin Azərbaycanın sağlam banklarındakı əmanətləri tam sığortalanacaq”.
Modern.az saytının verdiyi xəbərə görə bunu Azərbaycan Mərkəzi Bakının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Baş bankir dollarla krediti olanlara güzəşt məsələsindən bəhs edərkən bunun maliyyə intizamını poza biləcəyini bildirib:
“Bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində banklara yardım vasitələri nəzərdən keçiriləcək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq”.
Gülşən RAUFQIZI