Modern.az

Dünya Bankı neftin orta qiyməti üzrə proqnozu 37 dollaradək endirib

 Dünya Bankı neftin orta qiyməti üzrə proqnozu 37 dollaradək endirib

26 Yanvar 2016, 22:47

 

Dünya Bankı bu il ərzində neftin 1 barrelinin orta qiyməti üzrə proqnozunu 37 dollaradək endirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə bankın açıqladığı hesabatda məlumat verilir.  

Qeyd edək ki, Dünya Bankının bundan öncə açıqladığı proqnoza bu rəqəm 51 dollar təşkil edib.

Proqnozun dəyişməsinə səbəb İran neftinin bazara daxil olması, xərclərini azaldan və effektivliyini artıran ABŞ istehsalçılarının dayanıqlılığını artırmasıdır.

Bununla yanaşı, proqnoza inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf perspektivlərinin zəif olması da təsir edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama