Modern.az

Neftin qiyməti yenidən 33 dollar olub

 Neftin qiyməti yenidən 33 dollar olub

27 Yanvar 2016, 00:32

 

Dünya bazarında neftin qiyməti bugünkü səhər ucuzlaşmasından sonra yenidən artmağa başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda WTI markalı neftin bir barelinin qiyməti 5,55% artıb. Qiymət 32,02 dollarda qərarlaşıb.

Brent markalı neftin qiyməti isə 33 dolları belə ötüb. Belə ki, bu tipli neftin bir bareli 5,75% artaraq 33,11 dollar olub.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama