27 yanvar 2016-cı ildə Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Bu haqda Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 18 bank tərəfindən məcmu tələb 67,161 mln. ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.
Gülşən RAUFQIZI