Neftin dünya bazarlarında qiyməti bahalaşmaqda davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Nyu-York və London birjasında neftin bir barelinin qiymətində bahalaşma qeydə alınıb.
Nyu-York birjasında (NYMEX) WTI markalı neftin bir barrelinin qiyməti 3,45 % qalxaraq, 32,53 dollar olub. ICE Futures London birjasında Brent markalı neftin bir barelinin qiyməti 4.24 % qalxaraq, 33,93 dollar olub.
Azərbaycanın “AzəriLayt” markalı neftinin bir bareli də bahalaşaraq 33,88 dollara çatıb.
Əlvan metalın qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı 35,38 dollardır. Platinin 1 qramı 26.98 dollar, palladiumun 1 qramı isə 16.06 dollardır. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.
Modern.az