Dünya bazarında neft ucuzlaşmağa başlayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York neft birjasında Brent markalı “qara qızıl”ın 1 bareli 0,96% ucuzlaşaraq 33,6 dollar olub. WTI markalı neft isə 1,15% dəyərə itirərək 31,92 dollara satılıb.
Ucuzlaşma Amerika Energetika Nazirliyinin ölkədəki kommersiya nefti ehtiyatlarının 8,4 milyon barel artaraq 494,9 milyon barelə çatması fonunda baş verib.
Vüqar İsmayılov