Modern.az

“Kredit institusional islahatlara sərf edilə bilər” - iqtisadçı

 “Kredit institusional islahatlara sərf edilə bilər” - iqtisadçı

28 Yanvar 2016, 21:35

 

“Hökumətin Beynəlxalq Valyuta Fondundan (BVF) almaq istədiyi 3 milyard dollar bank sisteminin dəstəklənməsinə yönəldilə bilər”.  Modern.az saytı xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) rəhbəri, iqtisadçı alim Azər Mehtiyev Azərbaycanın BVF və Dünya Bankından (DB) 4 milyard dollar istəməsi barədə “Financial Times” qəzeti tərəfindən yayılmış məlumatları şərh edərkən bildirib.

Qəzetin yazdığına görə, Azərbaycan BVF-dən 3 milyard dollar texniki yardım və DB-dən 1 milyard dollar kredit istəyir. “Financial Times” həm də onu bildirib ki, BVF-nin missiyası yanvarın 28-dən fevralın 4-ə kimi Bakıda olacaq və Azərbaycan hökuməti ilə bu barədə danışıqlar aparacaq. Texniki yardım üzrə danışıqlar alınarsa, bu, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması üzündən əziyyət çəkən ölkələrə ilk maliyyə yardımı paketi olacaq.

Dünya Bankının mətubat katibliyindən bildirilib ki, DB və BVF neftin qiyməti aşağı olması və yerli valyutaya təzyiqlərlə bağlı uzun müddətli və təcili tədbirləri müzakirə etmək üçün Azərbaycan hökuməti ilə fəal dialoq aparır: "Dünya Bankı büdcəyə dəstək də daxil olmaqla Azərbaycana lazımi yardımı göstərməyə hazırdır".

Azər Mehtiyevin qənaətinə görə, Dünya Bankından götürülməsi nəzərdə tutulan 1 milyard dollar kreditin institusional islahatlara sərf edilə bilər: “Azərbaycan səhiyyə sahəsində islahatlar aparmaq istəyir. Bununla bağlı bir müddətdir ki, DB ilə danışıqlar aparır. Ola bilsin ki, islahat aparılan sahələrdən biri səhiyyə olsun. Bu, DB-nin fəaliyət istiqamətlərinə uyğun gəlir. Bankın kreditləri əsasən iki istiqamətə - inkişaf məqsədli kreditlərə və investisiya kreditlərinə yönəldilir. İnkişaf məqsədli kreditlər məhz siyasi və institusional islahatlar üçün verilir”.

Məsələyə münasibət bildirən İqtisadçı Qubad İbadoğlu deyir ki, bu günlərdə, digər beynəlxalq maliyyə kredit instiutlarının, o sıradan da Asiya İnkişaf Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıya gəlir: “Qəzetin yazdığına görə Azərbaycan höküməti ilə Dünya Bankı arasında olan danışıqlarda 4 milyard dollarlıq kredit götürmək əsas müzakirə mövzularından biridir. Xatırladım ki, bu günlərdə Azərbaycan höküməti ilə AİB arasında da 1,1 milyard dollarlıq kredit sazişi imzalanıb. Göründüyü kimi, danışıqlar uğurla başa çatarsa bu il ərzində ölkə iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər. ÜDM-in dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alanda bu minvalla xarici borcların yekunda payı 1 il ərzində 2 dəfəyədək arta bilər”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama