Modern.az

Xarici ticarət dövriyyəsinin həcmi sabit qalıb

Xarici ticarət dövriyyəsinin həcmi sabit qalıb

29 Yanvar 2016, 12:22


“Milli valyutanın ucuzlaşmasına baxmayaraq, 2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi sabit səviyyədə qalıb”.

Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2015-ci ilin yekunlarına və qarşıdakı vəzifələrə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin göstəriciləri ilə müqayisədə 60 milyon dollar artıb.   Aydın Əliyev eyni zamanda bildirib ki, Dövlət Gömrük Komitəsi gömrük siyasəti ilə bağlı bəzi qanunvericilik aktlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət edib.

“Bunlardan birincisi bəzi gömrük rüsumlarının dəyişdirilməsi ilə bağlıdır. Daxili istehsalı stimullaşdırmaq və yerli istehsalçıları qorumaq məqsədi ilə gömrük rüsumlarının artırılması nəzərdə tutulub”.  

Aytən ZƏHRA  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama