Modern.az

Vergilər Nazirliyində kadr dəyişikliyi

Vergilər Nazirliyində kadr dəyişikliyi

5 Fevral 2016, 15:38


Vergilər Nazirliyində kadr islahatları davam edir. Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə, nazirin baş vergi xidməti müşaviri olan Ələkbər Comərd oğlu Məmmədov həm də Vergilər Nazirliyinin beynəlxalq münasibətlər və tədris sahələri üzrə nazirin müşaviri - Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin olunub.

Ə.Məmmədov 1996-1998-ci illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru və Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsinin Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifələrində çalışıb.
1999–2009-cu illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti vəzifəsində çalışıb və 2001–2009-cu illərdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin vitse-prezidenti olub.
2009-cu ildən 2011-ci ilin avqust ayına kimi Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin sədri olub.
16 avqust 2011-ci il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirlyinin Beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazirin müşaviri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Tədris-metodiki Şuranın sədridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Həmçinin baş vergi xidməti müşaviri Natiq Telman oğlu Şirinov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyinat alıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama