8 fevral 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 6 bank tərəfindən məcmu tələb 11,9 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.
Gülşən RAUFQIZI