“Gürcüstan Elektrik Enerjisi Sistemi” ASC-si 2 istiqamətdə tranzit dəhlizi funksiyasını icra etdiklərini açıqlayıb.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Rusiyadan Ermənistana və Azərbaycandan Türkiyəyə ötürülən elektrik enerjisi bu dəhlizdən keçəcək.“Fevralın 5-dən Rusiyadan Ermənistana elektrik enerjisi ötürülməsinə başlanılacaq. Sutkada təxminən 30 meqavatt gücündə elektrik enerjisi ötürüləcək.
Fevralın 7-də isə Azərbaycan Türkiyəyə gücü 80 meqavatta bərabər olan elektrik enerjisinin ötürülməsinə başlanılacaq”.
“Gürcüstan Elektrik Enerjisi Sistemi” ASC-si hər ay tranzit haqlarından 1 milyon lari gəlir qazanacaqlarını bildirib.
Vüqar İsmayılov