Modern.az

Qanunu pozan tikinti şirkətlərinin adları - SİYAHI

Qanunu pozan tikinti şirkətlərinin adları - SİYAHI

İqtisadiyyat

12 Fevral 2016, 10:42


Prezident Administrasiyasına daxil olan şikayətlərin bir çoxunda bəzi tikinti şirkətlərinin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildirilir.

Modern.az saytı xəbər verir ki. bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" - adlı məqaləsində bildirib.

S.İsmayılov bildirib ki, bu mövzuda kollektiv şikayətlər daha çox olub. Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılmayıb.

Vətəndaşlar “Yeni Yasamal”, “Badu-Kubə”, “Şərur”, “Əzizbəy-KM”, “Xəmsə”, “Birlik”, “AAF-İnşaat”, “İN Eksklüziv Servis”, “Safari-N”, “ANT-E”, “Meqa Siti Holdinq”, “Ulduz-S”, “İlin dörd fəsli”, “Fuad”, “Feba”, “Bərəkət-İnşaat”, “Araz T.İ.”, “Dərəçiçək”, “Turac AF”, “Olimp”, “Zirvə”, “Olimpus-Az”, “Cavad”, “Bulaq-2”, “Rahatlığın Məkanı”, “İ.N.V.”, “Folklor”, “Rahat”, “RT LTD”, “Azər ATF”, “Avanqard” kimi MTK, MMC və şirkətlərin fəaliyyətindən daha çox narazılıq bildiriblər. Bundan başqa, hüquq mühafizə orqanları tərəfindən “Həsən-96”, “Azər-Ross İK”, “Sahil-D”, “Şaiq”, “Ələsgəroğlu-K”, “Şahbulaq”, “Afşaran”, “Oskar”, “Şəfəq”, “Kosmos”, “Elita-R”, “Vedi-E”, “Kamran-B.Ə.”, “Qafqaz MTZ”, “Real”, “Sahil”, “RUH”, “196 saylı”, “200 saylı”, “Ayla”, “Hasil”, “Dağlar”, “RRR” MTK-lar, “Oskar-Qrup”, “Muray”, “Repair House” MMC-lər, “Günəş Holding” və digər şirkətlərin fəaliyyətində olan nöqsanlar araşdırılmaqdadır.

“Şirkətlərin bəziləri sayğacların quraşdırılması üçün sakinlərdən pul yığaraq mənimsəmişlər. Halbuki, “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” Nazirlər Kabinetinin qərarına görə, 2004-cü il sentyabrın 1-dən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə (o cümlədən yaşayış evlərində hər bir mənzildə) mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və bu qərar icra olunmalıdır.

Əsas problemlərin biri də çoxmənzilli yaşayış binalarının icazə alınmadan məskunlaşdırılaraq istismar olunmasıdır. Belə ki, tikintisi tam başa çatmış obyektlərin istismarına icazənin verilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə və Nazirlər Kabinetinin 2014-cü il 12 sentyabr tarixli qərarlarına uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməli olduğu halda, yerlərdə bu qaydaya da lazımi səviyyədə əməl olunmur”,-deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.

Prezident Administrasiyasına daxil olan müraciətlərin, o cümlədən şikayətlərin bir qismi məhz sahibkarlar tərəfindən göndərilib. Bu müraciətlərin 71 faizinə nəzarət qaydasında baxılıb, onların 51 faizi müsbət həll olunub, 19 faizi əsassız sayılıb, 13 faizinə müvafiq izahat verilib və 17 faizi icradadır.
Prezident Administrasiyasına sahibkarlıq məsələləri barədə Bakı şəhəri və onun rayonlarından, Gəncə, Ağcabədi, Ağdam, Ağdaş, Gədəbəy, İmişli, Kürdəmir, Lerik, Masallı, Saatlı, Tərtər, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama