Modern.az

Deputatlara yeni avtomobillər verildi - "MERCEDES"

Deputatlara yeni avtomobillər verildi - "MERCEDES"

İqtisadiyyat

12 Fevral 2016, 16:54


Milli Məclisin bir neçə deputatına yeni xidməti avtomobillər verilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisdə yeni yaradılan komitələrə sədr seçilən, habelə mövcud komitələrə yeni sədr seçilən deputatlara «Mercedes - E-class» markalı xidməti avtomobillər verilib.

Məlumatda bildirilir ki, deputatlar İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Rafael Hüseynov və Əhliman Əmiraslanov artıq bir neçə aydır xidməti maşınla təmin olunublar.

Milli Məclisin mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, prosedura görə, parlamentin komitə sədrləri xidməti maşınla təmin olunurlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama