Modern.az

Neftin qiyməti 10 faiz bahalaşıb

Neftin qiyməti 10 faiz bahalaşıb

İqtisadiyyat

12 Fevral 2016, 22:58

 

Dünya bazarında neftin qiyməti ötən günə nisbətən bahalaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, WTI markalı neftin qiyməti 10 faizdən çox artıb.

Məlumata əsasən, Brent markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin qiyməti 6,92 % bahalaşaraq bir barelə görə 32,16 olub.

WTI neftinin mart fyuçerslərinin qiyməti 10,09 % artaraq bir barelə görə 28,84 dollar təşkil edib. Qeyd olunur ki, neftin qiymətinin bahalaşmasına dünyanın ən iri neft şirkətlərinin “qara qızıl”ın istehsalını dayandıracağı barədə məlumatlar təsir göstərib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama