Modern.az

Gömrük Komitəsi Azərbaycan-Rusiya sərhəddindəki sıxlığa aydınləq gətirdi

Gömrük Komitəsi Azərbaycan-Rusiya sərhəddindəki sıxlığa aydınləq gətirdi

19 Fevral 2016, 11:58



Dövlət Gömrük Komitəsinin mətbuat xidməti Azərbaycan-Rusiya sərhəddindəki vəziyyətlə bağlı məlumat yayıb. 

Komitə sıra kütləvi informasiya vasitələrinin Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumatlarına aydınlıq gətirib.

“Dövlət Gömrük Komitəsi bildirir ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiya FederasiyasındanAzərbaycana gələn   vətəndaşlar ölkəmizlə  sərhəddə yerləşən “Novo-Filə-Şirvanovka” gömrük-keçid məntəqəsinə yubanmış və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar “Yaraq-Qazmalar-Samur” gömrük-keçid məntəqəsinə yönləndirilmişdir. Nəticədə “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım  Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda sıxlığın yaranmasına səbəb olmuşdur. Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması iləqısa vaxt ərzində sıxlıq  aradan qaldırılmışdır. Hazırda “Samur”gömrük-keçid məntəqəsinormal rejimdə fəaliyyətini davam etdirir,vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur”,-deyə Komitədən Modern.az-a verilən açıqlamada qeyd olunur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi