Neftin qiymətlərindəki dalğalanma dünyadakı enerji sektoruna və şirkətlərə mənfi təsir göstərməkdə davam edir.
Modern.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın nəhəng neft axtarışı və qazma şirkəti olan “Şlumberqer” 25 min nəfər insanı işdən azad edib
25 min nəfər işçinin işdən çıxarılması 2015-ci ilin əvvəlindən başlayaraq, bu günlərdə tamamlanıb.
Öz işini itirənlər neft qazma şirkətinin işçi heyətinin 25 faizini təşkil edib.
Eyni zamanda, “Şlumberqer”in ötən ilki gəlirləri əvvəlki illərlə müqayisədə 27 faiz , ümumi istehsal həcmi isə 41 faiz azalıb.
Nəticədə dünyanın ən nəhəng neft qazma və axtarış şirkətlərindən biri olan “Şlumberqer” neftin qiymətlərinin azalmasından bu günə qədər 1 milyard dollar ziyana düşüb.
Ağa AKİFOĞLU