Modern.az

Gömrükçülər 40 min ədəd qaçaqmal siqareti saxladılar

Gömrükçülər 40 min ədəd qaçaqmal siqareti saxladılar

23 Fevral 2016, 10:52



Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı 20-DR-224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40 min ədəd siqaret aşkar edilərək götürülüb.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama