Modern.az

Xarici turist marşrutunu niyə Azərbaycandan salsın?..

Xarici turist marşrutunu niyə Azərbaycandan salsın?..

23 Fevral 2016, 11:13

Turizmin və təhsilin inkişafına dəstək ictimai birliyinin sədri

Turizmin inkişafı hərtərəfli dəstək tələb edir. Amma buna çox soyuq münasibət var.

Azərbaycan gözəl diyardır. Bu füsunkarlığı onu qəlbən sevənlər yaradıblar. Odlar yurdunun dünyada şöhrət tapması üçün gərgin əməyini sərf edənlərdən biri də hamının etiraf etdiyi kimi prezidentimiz İlham Əliyevdir. Son illər paytaxtımızın və regionların belə ürəkaçan görkəm almasında onun Bakıya, ölkəmizə olan sevgisini, bu yolda gərgin zəhmətini danmaq olmaz.

Bunlar hər şeydən əvvəl xarici turizmin inkişafına gözəl şərait yaradır. Təsadüfi deyil ki, qeyri-hökumət təşkilatları bundan istifadə edərək digər ölkələrdə Azərbaycanın təbliğinə böyük üstünlük verirlər. Turizmin və təhsilin inkişafına dəstək qurumu olaraq bizim QHT da bu sahəyə yardım məqsədilə səmərəli təbliğat-təşviqat aparır. Təbii ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının proqram və təlimatlarını əsas tutaraq. 

Təəssüf ki ölkəmizdə turizmin inkişafına əngəl törədən təşkilatlar da az deyil. Əvvəla, dəfələrlə deyilməsinə baxmayaraq iaşə ocaqları öz işlərində dönüş yarada bilmirlər. Xidmətin səviyyəsi və qiymətlər turistləri tam qane etmir. Mehmanxana şəbəkəsi də bu baxımdan qonaqları tam razı salmır. Abşeronda və digər regionlarda inşa olunmuş super mehmanxanalarda qiymətlər od tutub yanır. Bir gecəsi 2 mindən 5 minədək müəyyən edilmiş qiymətlərə adam inana bilmir. Ancaq fakt belədir ki, bu cür qiymətlər mövcuddur. Belə olan halda xarici turistlər öz marşrutlarını niyə Azərbaycandan salsınlar? Hələ onlar üçün (həmçinin, azərbaycanlı səyahət həvəskarları üçün) təyyarə qiymətləri də əlçatmaz səviyyəyə qalxıb. Dəfələrlə deyilsə də, AZAL bu və ya digər bəhanələrlə biletlərin dəyərinin aşağı salınmasını ləngidir. Qəribədir, eyni marşrutlar üzrə qiymətlər ayrı-ayrı şirkətlər tərəfindən müxtəlif  rəqəmlərlə ifadə olunur. Son vaxtlar müxtəlif saytlarda belə gülməli fərqlər barədə tez-tez yazılır, suallar ortaya çıxır: 40 avro hara, 351 avro hara? Tanınmış “Wizz Air” şirkəti Kutaisidən Berlinə qediş qiymətini 40 avro edib. Halbuki, Bakıdan Berlinə uşuş qiyməti 351 avrodur. Adı çəkilən şirkət belə xidməti Azərbaycanda da həyata keçirmək təklifini vermişdi. Buna münasibət birmənalı oldu: yox! Bəzi məlumatlarda isə bu məsələyə baxılacağı bildirilir. Nə vaxt?

Turizmin inkişafına hərtərəfli dəstək gərəkdir. Bunu hamı deyir, təkcə əlində səlahiyyəti olan qurumlardan başqa!

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama