Modern.az

Rüfət Aslanlıya yeni vəzifə verildi - SƏRƏNCAM

Rüfət Aslanlıya yeni vəzifə verildi - SƏRƏNCAM

İqtisadiyyat

10 Mart 2016, 18:53


Azərbaycan Prezidenti İlham Əliyev Rüfət Cəbrayıl oğlu Aslanlının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

R.Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildə Aqrar Sənaye Bankında mühasibat uçotu idarəsində əmək fəaliyyətinə iqtisadçı kimi başlayıb və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində işləyib.

1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışıb.

2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankının İdarə Heyətinin üzvü seçilib.

2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilib.

2006-ci ilin dekabr ayında ikinci dəfə Milli Məclisin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü seçilib.

2007-ci ilin fevral ayında Milli Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.
   
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...