Modern.az

”Neftin qiyməti qalxacaq” - Beynəlxalq Enerji Agentliyi

”Neftin qiyməti qalxacaq” - Beynəlxalq Enerji Agentliyi

11 Mart 2016, 22:41

 

“Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var”. Modern.az saytı BBC-nin Azərbaycan xidmətinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib.

Məlumata görə, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.

İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb.   Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.  

Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barelə düşəcək.  

ABŞ-dakı istehsalınsa sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır.

  Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...