Modern.az

Prezident milli iqtisadiyyatın inkişafı üçün İşçi qrupu yaratdı - SİYAHI

Prezident milli iqtisadiyyatın inkişafı üçün İşçi qrupu yaratdı - SİYAHI

16 Mart 2016, 18:20


Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında
sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

İşçi qrupunun rəhbəri

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi.

İşçi qrupunun üzvləri:

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini

Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Emin Hüseynov – ADA Universitetinin prorektoru

İşçi qrupuna tapşırılıb ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” nəzərə alınmaqla, aşağıdakı layihələri altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini;

2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini;

2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini.

 Sərəncama görə nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər;

layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasına dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza ala bilərlər;

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırılıb ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal