Modern.az

“Nə baş verdiyini başa düşə bilmirəm”

“Nə baş verdiyini başa düşə bilmirəm”

İqtisadiyyat

30 Mart 2016, 14:27

 

“Kommersiya banklarının faiz dərəcələrini dəyişməsi ilə bağlı mətbuatda gedən məlumatları oxuyuram. Və nə baş verdiyini başa düşə bilmirəm”.

Bu haqda Modern.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib. Deputat yaxın vaxtlarda ipoteka kreditlərinin yeni şərtlərlə təklif edilməsi ehtimalından da danışıb:

“İpoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilib. Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin və eləcə də bizim təkliflərimiz olub.

Hökumətin hesabatında da Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, ipoteka şərtlərində müəyyən yumşaltmalar gedəcək. Amma hələlik bu barədə yenilik görünmür. Yəqin ki, məsələyə baxılır və yaxın vaxtlarda açıqlanar”.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal