Modern.az

Neftin qiyməti 40 dollarlıq həddi keçib

 Neftin qiyməti 40 dollarlıq həddi keçib

İqtisadiyyat

30 Mart 2016, 22:58


Martın 30-da London birjasında hərraclar zamanı Brent markalı neftin qiyməti 3 faizdən çox bahalaşaraq 40 dollarlıq həddi keçib. Modern.az saytı xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,4 faiz artaraq 1 barelə görə 39,6 dollar olub.

Qara qızılının sürətlə bahalaşmasının səbəbi kimi ABŞ FES-in uçot dərəcəsini dəyişməməsi göstərilir. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin Nyu-York İqtisadi Klubunda çıxışından sonra dünya bazarında dollar ucuzlaşmağa, neft isə bahalaşmağa başlayıb.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal