Modern.az

Azərbaycana gələn turistlərin sayı bəlli oldu

Azərbaycana gələn turistlərin sayı bəlli oldu

31 Mart 2016, 12:15

MDB ölkələri içərisində Azərbaycan rus turitlərin ən çox getdiyi yerdir.

Modern.az xəbər verir ki, bu barədə travel.ru saytı məlumat yayıb. Qeyd edilib ki, siyahı son bir ildə rus turistlərin getdiyi ölkələrdə sərbəst şəkildə qaldıqları otel və evlərə əsasən tutulub.

2015-ci ildə Azərbaycan 2 milyon turisti qəbul edib ki, bunun 585 mini Rusiya vətəndaşı olub.  

İlk beşlikdə Qazaxıstan, Ermənistan, Qırğızıstan və Belarus durur.

Qazaxıstan hər il 1 milyon, Ermənistan 2015-ci ildə 1,2 milyon, Qırğızıstan 1,2 milyon, Belarus 300 min turist qəbul edib.  

Aytən ZƏHRA  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal