Modern.az

3 saylı avtobusun marşrutu dəyişdirildi

3 saylı avtobusun marşrutu dəyişdirildi

İqtisadiyyat

31 Mart 2016, 19:23

63 saylı marşrutun ləğvi ilə əlaqədar 3 saylı marşrut xəttində də dəyişiklik edilib. "BakuBus" MMC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı marşrut xəttinin fəaliyyəti 1 aprel 2016-cı il tarixindən etibarən dayandırılacaq.

Alternativ olaraq "BakuBus"a məxsus 3 saylı marşrut xəttində də dəyişikliklər edilib. 3 saylı marşrut xətti 1 aprel 2016-cı il tarixindən etibarən “Şəhidlər Xiyabanı” – Badamdar şossesi – Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektindən keçməklə hərəkətini davam etdirəcək.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu