“BakuBus” MMC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək. Bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Odur ki, 6 saylı xəttimiz Azadlıq metro stansiyasının önündən “İçərişəhər” metro stansiyasına qədər hərəkət edəcək.
Aytən ZƏHRA