Bir sıra KİV-lərdə “Muğanbank “ ASC-nin məsul şəxsinə qarşı cinayət işinin açılması barədə məlumat yayılıb.
“Muğanbank “ ASC bununla bağlı açıqlama verib. Bankdan Modern.az-a verilən açıqlamada deyilir:
“Bununla bağlı bildiririk ki, “Muğanbank”ın müştərisi bankdan kredit götürmüş və kredit üzrə öhdəliklərini yerinə yetirməmişdir.Bu səbəbdən tələb məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilmişdir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, mənzilin mülkiyyətçisi adından banka təqdim edilmiş etibarnamə saxtalaşdırılmışdır. Bu faktla bağlı Muğanbank məhkəmədən xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Nəticədə “Muğanbank”ın müraciətinə əsasən bu fakt üzrə - müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılmış və iş hal hazırda istintaq mərhələsindədir.
“Muğanbank”ın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmamışdır”.
Modern.az