Modern.az

Jurnalist Nicat Dağlar müalicə üçün Almaniyaya gələn həftə gedir

Jurnalist Nicat Dağlar müalicə üçün Almaniyaya gələn həftə gedir

18 İyul 2013, 16:34



Leykozdan əziyyət çəkən jurnalist Nicat Dağlar müalicəsini davam etdirmək üçün Almaniyaya gələn həftə yola düşəcək. Məlumatı “Media forum” saytına jurnalistin qayını Məqsəd Rəhimov verib.

Məqsəd Rəhimov bildirib ki, iyulun 15-dən Nicat  müalicəsinin ikinci kursu üçün Gürcüstanda həkim müayinəsindən keçir: “Nicatı müayinə edən həkim onda irəliləyiş olduğunu bildirir. İyulun 17-dən bəri qanaxması olmayıb. Gürcüstandan qayıdandan sonra Nicat Gəncədə iki-üç gün dincələcək, sonra Bakıya gələcək. Gələn həftənin əvvəlində Almaniyaya yola düşəcəyik. Viza məsələsi dövlət səviyyəsində həll olunur”.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir