Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazində yerləşən və layihəyə cəlb olunan aqro-turizm məntəqələrinə mediatur təşkil edilib.
Modern.az xəbər verir ki, 22-24 aprel tarixlərində baş tutan səfərdə 18 müxtəlif media orqanini təmsil edən 21 jurnalist səfərdə iştirak edib.
Səfərin birinci günü Astara rayonunun Sım kəndində yerləşən “Bal Qayası” turizm müəssisəsinə, Astara rayonu, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”ə, Astara rayonu, Kijəbəb kəndinə yerləşən “Balıqçı Abi” və günün sonunda Lənkəran rayonunda yerləşən “Citrus Valley” turizm məntəqələrinə ziyarət həyata keçirilib.
Jurnalistlər və bloggerlər səfərin 2-ci günü isə Lerik rayonu Piran kəndində yerləşən “Bal süfrəsi”, Bilnə kəndindəki “Səfalı Göl”, Masallı rayonu Boradigah qəsəbəsində “Misgərlik” və günün sonunda Ərkivan qəsəbəsində yerləşən “Obal” turizm məntəqələrini ziyarət ediblər.
Hər bir aqro-turizm məkanında keçirilən təqdimatlar jurnalistlər tərəfində qeydə alınıb və səfərdən döndükdən sonra Azərbaycan səfəlı bölgələrindən olan Cənub bölgəsi üzrə reportajlar hazırlayaraq, mənsub olduqları media orqanında, sosial şəbəkələrdə, o cümlədən fərdi bloqlarda işıqlandırıblar.