Modern.az

Avropa Yayım Birliyi Ermənistan təmsilçisinin hərəkətini pislədi

 Avropa Yayım Birliyi Ermənistan təmsilçisinin hərəkətini pislədi

Mədəniyyət

11 May 2016, 21:29

 

Avropa Yayım Birliyi (AYB) Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki,  qurumun bəyanatında bu cür halların “Eurovision” mahnı müsabiqəsinin adına xələl gətirəcəyi bildirilir.  

Qurumun nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq.

Nəzarət qrupu qaydaların pozulmasının ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI