Avropa Yayım İttifaqı “Eurovision-2017” müsabiqəsinin keçirilməsinin Ukraynaya 15 milyon avroya başa gələcəyini qiymətləndirib. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Ukrayna Milli Televiziya Şirkətinin baş direktoru Zurab Alasaniya məlumat verib.
Onun sözlərinə görə, söhbət təşkilatçıların yarışa hazırlığına və keçirilməsinə xərclənəsək vəsaitdən gedir. Alasaniya qeyd edib ki, həmin məbləğ tam rəsmi deyil və şirkət Nazirlər Kabinetinin müzakirəsinə verməyi planlaşdırır.
“Eurovision – 2016” mahnı müsabiqəsinin qalib Ukrayna təmsilçisi Jamala olub. Onun ifa etdiyi “1944” adlı mahnı 534 səs toplayıb. Jamalanın ifa etdiyi “1944” adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir.
Modern.az