Modern.az

Bir dəfə Amerikada - Səfər TƏƏSSÜRATLARI

Bir dəfə Amerikada - Səfər TƏƏSSÜRATLARI

14 Avqust 2016, 10:42

Son dəfə Amerika qitəsində 1990-cı ildə Meksikanın paytaxtı Mexikoda keçi­ri­lən möhtəşəm festivalda iştirak etmiş, ölkəmizi instrumental musiqiçi kimi təm­sil etmişəm. Xa­­tırladım ki, hələ gənc yaşlarımdan etibarən dünyanın bir sıra ölkələrində (İs­veç, Almaniya, Misir, İngiltərə, İraq, İtaliya, Hollandiya, Yu­na­nıs­tan, Bel­çi­ka, Ku­ba, İsrail, Şimali İrlandiya, Yaponiya, Səduyyə Ərəbistanı, Tür­kiyə, İran, keçmiş sovet respublikalarında və s.) xalqımızın tanınmış incə­sə­nət nümayəndələri ilə birgə belə səfərlərdə ol­mu­şam. Sovet dövründə xarici öl­kə­lərə səfərlərə əsasən, Moskvadan yollanırdıq. Ba­­kıdan Moskvaya, oradan da mü­­vafiq ölkəyə uçuş zamanı böyük vaxt itgisinə yol verilirdi. Meksikaya Mos­kva­dan 21 saata yetişdik. İndi isə Bakıdan Nyu-Yor­­ka 12 saat vaxt sərf eləyirik. Bun­ları xatırlatmaqda məqsəd müstəqilliyin bəh­rə­sini diqqətə çatdırmaqdır. İs­tər-istəməz xəyalımda sovet dövründəki səfərlər can­lanır və müasir dövrlə mü­qa­yisə edirəm. Alınan nəticədən bir Azər­bay­can vətəndaşı, oğuz-türk kimi bö­yük qürur hissi keçirirəm. Müstəqillikdən əv­vəlki illərdə nəinki xaricdə, heç SSRİ daxilində də azərbaycan millətini düz-əməl­li tanımırdılar. İndi isə şair de­miş­kən “mənim də imzam var imzalar içində”. Sovet döv­ründə səfərə getməz­dən öncə bizə təlimat verir­dilər ki, xaricdə gördüklərinizi (insanların həyat tərzi, ya­­şayış səviyyəsi, qayda-qanunlara riayət edilməsi, rüşvətin olmaması və s.) kim­səyə söyləmək olmaz. Orada da Sovetlər Birliyinin eybəcərliklərindən söz aç­­maq olmaz. Belə bir məqam baş verərsə və bu, “KQB” işçiləri tərəfindən aş­kar­­la­nar­sa, həmin şəxsin adı arzu olunmayan adam kimi onların “qara siyahı”­sı­na dü­şür­dü. Həmin şəxs bir daha xarici ölkəyə buraxılmazdı. Nə isə, deyəsən bir az mət­ləbdən uzaqlaşdım. Hər halda gənc nəsil bunları bilməli, müstəqilliyimizi hər an göz bəbəyi kimi qorumalıdır...

2016-cı il, iyulun 16-sı ABŞ-a, Nyu-York şəhərinə dostların (müğənni Nov­ruz Məmmədov və professor Şahlar Daneşgərin) dəvəti ilə yaradıcı səfərə yol­lan­­dım. Aeroportda məni oğlum Cəfərin dostu, Nyu-Yorkda yaşayan Pərviz Mas­­­si­mo qarşıldı. Baxmayaraq ki, oteldə mənə yer ayrılmışdı, Pərviz inadkar­ca­sı­na öz evi­nə apardı. Səbəbi də bu oldu ki, “otel bizim evdən çox uzaqdır, mən səhərdən ax­şama kimi maşınımla sənin qulluğunda olmalıyam”. Əslən Şəkidən olan Pər­viz bəy yarızarafat, yarıgerçək bir kompliment də atdı: “Abbasqulu əmi, za­rafat deyil, sən doğulduğum rayona “Şəki” adlı mahnı bəstələmisən. Bunun haq­qını biz heç nə ilə ödəyə bilmərik. Bir də ki, Cəfərlə biz axı, ayrılmaz dost­la­rıq”.

Həqiqətən Pərviz orada qaldığım müddətdə bir an da olsun məni tək burax­mır­dı. İki maşını var. Bəzən məzələnmək üçün ABŞ-da yeganə olan 05 mar­­kalı “Ji­quli” ilə şəhərə gəzməyə çıxırdıq. Bu maşına görə yollara nəzarət edən polis işçiləri əksəriyyəti onun dostudur. Bəzən maşını ondan bir neçə saatlığa alıb sürürdülər.

Mənim Hyu-Yorka gəlməkdə bir məqsədim də gənclik illərində tanış oldu­ğum dostum, Özbəkistanın əməkdar artisti, şair, bəstəkar və müğənni İlyas Ma­la­yevin məzarını ziyarət etmək idi. Onun oğlu Rac ölkədə tanınmış gitaraçı və hind aləti sitar (burada tənburun bir növü olan setarla qarışdırmamalı) ifaçısıdır. Ümu­miyyətlə, Malayevlər tanınmış musiqiçilər ailəsidir. İlyasın həyat yoldaşı, Öz­­bəkistanın xalq artisti Məhəbbət Şamayeva bu gün də gənclik şövqi ilə oxu­yur. Ai­lənin böyük qızı Nərgiz Malayeva estrada ulduzlarından sayılır.

Nəhayət, ailə üzvləri ilə birgə İlyas Malayevin qəbrini ziyarət etdik. İ.Malayevin məzarı üzərində özünün kövrək bir şeiri yazılıb:

Bu gözəl insanın məzarı başında onun yaradıcılığından, bəstələdiyi mahnı­lar­dan, Azər­bay­can xalqını sev­mə­yindən, özbək və azərbaycan xalqlarına şeir həsr et­məyin­dən, özünə müğən­ni­lik sahəsində Rəşid Behbudovu ustad saymasından ağız­­do­lu­su danışdıq. Onun mənim toyumda ifası (1984), oğlum Cəfərin kiçik toy məra­si­min­dəki iş­ti­ra­kı (1992), Azərbaycan Dövlət Filarmoniyasındakı kon­ser­ti, xalq ar­tisti Elmira Rə­himova ilə birgə hind bədii filmi “Bacu-Bavra”dan bir mahnını duet şəklində oxu­ması (1992) yada salındı. Bütün bu ifaların video gö­­­rüntüsü şəx­si arxivimdə qorunur. Bu sənətkarın yaradıcılığından bəhs edən “Özbək sənətkarı İl­yas Malayev barədə xatirələrim” adlı məqaləm iki – azər­bay­can və özbək dillərində “Kon­servatoriya” jur­na­lın­da çap olu­nub (A.Nə­cəf­zadə. Özbək sənətkarı İl­yas Malayev barədə xatirələrim. // “Kon­servatoriya”№2, 2016, s. 98-104; A.Najafzadeh. My Reminiscences abont Ilyas Malayev, the Uzbek Artisan. // “Konservatuar” №2, 2016, p. 105-111). Bu jurnalın bir nüs­xəsini, eləcə də “Beh­­bud” şirkəti tərə­fin­dən ingilis dilində nə­fis şə­kildə ha­zır­lanmış “İlyas Mala­ye­vin Bakıdakı ifaları” (“Ilyas Malayev’s performances in Baku”) adlı video-dis­­ki Ma­layevlər ailə­sinə hədiyyə etdim. Məx­su­si şəkildə Amerika səfəri üçün tər­tib edilmiş “Azər­­­baycan” adlı audio-diskim isə həm Malayevlərə, həm də ame­rikalı di­gər dostlara müəllif sovqatım oldu. Diskə həm Azərbaycan xalq mah­­nı­ları, həm İlyas Malayevin bəstəsi, həm də müəllifi olduğum bir sıra melo­di­ya­lar daxil edi­lib. Bu musiqiləri müxtəlif milli çalğı alətləri ilə – kamança, ud, saz, ney, tütək, zurna, balaban, eləcə də Avropa alətləri olan klarnet və skripka­da ifa etmişəm.  

Sonra söhbətimiz süfrə arxasında aparıldı. Rac ilə birgə İlyas Malayevin bəs­tə­lədiyi mahnıları ifa etməklə böyük sənətkarı yada saldıq. İnanıram ki, bu yolla İl­yas Malayevin ruhunu şad etmiş olduq.

Nyu-Yorkda olduğum 2 gün ərzində bir çox azərbaycanlı dostlar qonaq dəvət edirdilər. Lakin vaxtın azlığından dəvətləri qəbul edə bilmirdim. Təkcə iyulun 17-si Pərvizin qonşusu, əslən bakılı Hacı Rasimin qonağı oldum. Şirin Bakı ləh­cə­sində danışan Hacı Rasim nəvələrini də evdə doğma dilimizdə dindirir. Bu ai­lə­də olarkən özümü sanki Bakıda hiss etdim, yəni burada əsl Azərbaycan ab-ha­va­sını duydum.

İyulun 18-i təyyarə ilə İndianapolis şəhərinə yollandım. Hava limanında məni İdiana Uni­vresitetinin professoru Şahyar Danişgər qarşıladı. Onun yaşadığı Bluq­min­ton şəhərinə yola düşdük. Şahyar müəllimin evi şəhərin lap mərkəzindədir. Mə­nə ayırdığı hər cür şəraiti olan mənzilin açarını verib dedi: Mən qonaqlarımı otel­­də saxlamıram. Bu cür şərait heç bir oteldə ola bilməz. “Bir ora bax” – de­yib, həyətdə o tərəf, bu tərəfə qaçan maralları göstərdi.

Çox heyrətləndim, burada nəinki marallar, müxtəlif çöl quşları, dələlər, çöl dov­­şanları atılıb-düşürlər. İndiana şəhərində hər kəsin həyətində bu mənzərə ilə rastlaşmaq mümkündür. Məsələn, gözəl ziyalı Teymur Hacıyev bir ne­çə dəfə bi­zi evi­nə dəvət edərkən onun da bağçasında həmin meşə heyvanları sərbəst gə­zi­şir­dilər. Öz-özümə sual verdim: Bizim meşələrdə də bu heyvanlar ya­şayır, niyə evlərə yaxınlaşmırlar? Cavabı bəllidir, heyvanlarda güclü ins­tinq olur. Biz tə­rəflərdə zamanı gəldi-gəlmədi həmin heyvanları güllə ovlayırlar. Ona görə bu hey­vanlar me­şə­dən kənara çıxmırlar. Hətta, yaşayış məntəqəsinə, kəndə, qəsəbə­yə gəl­mək is­təsə belə, həmin heyvan 3-4 metrlik hündür hasardan necə həyətə da­xil olsun? Buradakı məh­lə­lə­rin heç birində bizdə olduğu kimi belə hündür hasara rast gəlməzsən. Çoxu həyətini heç çəpərə də al­mayıb. Bu səbəbdən yırtıcı heyvanlar istisna olmaqla buradakı heyvanlar hə­yət­lərə ya­xın­laşırlar...

İyulun 19-u İndiana Universitetinin Qlobal və Beynəlxalq Araşdırmalar Audi­to­­riu­munda professor, müəllim və tələbə heyəti ilə gö­rüşüm oldu. Burada “Azər­bay­can musiqisi İpək yolu ölkələri arasında” möv­­zusunda məruzə etdim. Çı­xış­dan sonra tədbir iştirakçılarının çoxsaylı su­al­la­rını cavablandırdım. Öncədən de­yim ki, cavablarım sual verənləri birmə­na­lı şə­kil­də qane edirdi. Suallardan bəl­li olurdu ki, onlar həm bəzi əsərlərimlə tanış ol­muş, həm də ifalarımı dinlə­miş­lər.

İyulun 23-ü və 24-də olacaq “İpək yolu” (1996-cı ildən fəaliyyət göstərir) an­sam­blı­nın konsertlərinə gərgin hazırlaşırdıq. Hər gün axşam ansamblın müxtəlif xalq­ların nümayəndələrindən ibarət olan 5 nəfərlik heyəti ilə məşq edirdik.

İyulun 22-i nahardan sonra Şahyar bəyin maşını ilə Ohayo ştatının Ko­lum­bus şəhərinə yollandıq. Bizi şəhərin girişində əslən Təbrizli tanınmış in­cə­sənət xa­di­mi, rəssam, memar, arxitektor Cahangir Pirasteh və xanımı Anna Pi­ras­teh qar­şı­la­­dı. “İstanbul” restoranında şam etdikdən sonra, oteldə yerləşib, kon­sert salo­nun­­da məşq etməli idik. Lakin bəlli oldu ki, gecikdiyimizdən salon bağ­la­nıb, iş­çi­lər get­mişlər. Cahangir Pirasteh sevincək dedi: bizim evimiz genişdir, hətta ro­ya­lımız da var. Şah­­­yar müəllim əvvəl etiraz etdi, sonra Cahangir bəyin pərt ol­du­­ğunu görüb, məc­bu­rən razılaşdı. Biz onunla oteldə bir otaqda qalırdıq. Şahyar bə­yə de­dim ki, Cahangir bəygildə məşq edəcəkdiksə, əvvəldən gərək razıla­şay­dın. Axı, bizdən in­cidi.

Şahyar bəy işinin peşəkarı kimi cavab verdi: Abbasqulu müəllim, mən istə­mi­rəm ki, bi­zim repertuarımızdan kimsə öncədən xəbər tutsun, ifalarımızı kon­sert­dən qabaq din­ləsin. Neçə gündür dünyalar qədər sevdiyim qızım, xanımım de­yir­lər ki, nə olar, bizi də məşqinizə apar. Söyləyirəm ki, qəti olmaz, Cahangir bəy də eləcə. Bu, on­la­ra bir sürpriz olmalıdır. Amma gördüm əməlli-başlı xətri­nə dəyir, razılaşdım. Hət­­­­ta məşqdə dedim ki, sən daha sabah konsertə gəlmə, bü­tün ifaları dinlədin, sə­nə maraqsız olar. Cavab verdi ki, “3 ay da dalbadal kon­sert versəniz, hər gün işi­mi-gücümü atıb gələrəm. Azərbaycan musiqisindən heç doymaq olarmı?”.

Konsertdən sonra Ohayo Universitetinin “Şərqi Avropa və Orta Asiya Öl­kə­lə­ri İnstitutu”nun professoru Skat Livay gözəl konsert sərgilədiyinə görə Şahyar mü­­əllim başda olmaqla ansamblın bütün üzvlərinə dərin minnətdarlığını bildirdi. Bu gecənin uzun müddət yaddaşımızda qalacağını söylədi. Sonra üzünü mənə tu­­tub dedi: Professor, Şahyar müəllim sənin adından söz verib ki, yenidən bizim ta­­ma­şaçıların görüşünə gələcəksiniz. Siz həqiqətən söz verirsiniz? Mən “bəli” de­­dik­də, salonu gurultulu alqışlar bürüdü.

İyulun 24-də isə Bluminqton şəhərində konsert verdik. Hər iki şəhərdəki kon­sertlərə – həm Bluminqtona, həm də Kolumbusa yerli sakinlərlə yanaşı, yüzlərlə kilometr aralıda yaşayan azərbaycanlılar gəlmişdi.

Bu konsertlə bağlı ABŞ-da səfərdə olan Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri, maraqlı yazıları ilə dövri mətbuatda tez-tez çıxış edən jurnalist, şair-publisist El­man Eldar­oğ­lu yetərincə məlumat verib (“525 qəzeti” və müxtəlif elektron saytlarda). Onun yazdığı mətndən ixtisarla təq­dim edirəm: “ABŞ, İn­di­a­na Ştatı, dünyaca məşhur İn­di­ana Universiteti, universi­te­tin konsert zalı. 24 iyul – isti yay günlərindən biri. Və havanın hərarətinə sə­rin­lik qatan Azərbaycan mu­si­qisi. Müx­təlif musiqi alət­lə­rimizdə ifa edir Azər­bay­can Milli Konserva­to­ri­ya­sı­nın pro­­fessoru, sənətşü­nas­lıq üzrə elmlər doktoru Ab­basqulu Nəcəfzadə. Onu mü­şa­yi­ət edirlər – professor Şahyar Danişgərin rəh­bər­lik etdiyi beynəlxalq “İpək yo­lu” ansamblının üzvləri: əslən İran azərbay­can­lı­sı Şahyar Danişgər qavalda, mil­liyyətcə çinli Yeng İng pianoda, violonçeldə su­­riyalı xanım Aliyyə Əcəmoğ­lu, gitarada isə ispaniyalı sənətçi Tomas Lozano...

Abbasqulu Nəcəfzadə artıq bir həftədir ki, İndiana Universitetinin qonağıdır. Bir neçə gün öncə, iyulun 19-da Azərbaycan çalğı alətlərinə həsr olunan elmi se­mi­narda mühazirə söyləyərkən amerikalı dinləyicilərin – universitetin profes­sor-müəllim və tələbə heyətinin necə maraqla onu dinlədiklərinin kaş şa­hi­di olay­dınız. Bunu ustad dərsi də adlandırmaq olar. Çünki Abbasqulu müəllim mu­si­qi alətlərimiz haqqında mühazirə söylədikcə, hər birində ayrılıqda ifa edir, ba­la­banın, neyin, tütəyin, zurnanın, udun, kamançanın qədim Azər­bay­can alətləri ol­duğunu tutarlı faktlarla sübut etməyə çalışırdı, nail olurdu da...

Elman Eldaroğlu bu konsertlə bağlı yazır: “A.Nəcəfzadənin İndiana Universi­te­tin­də verdiyi konsertə də həmçinin, bu ştatın müxtəlif şəhərlərindən xeyli din­lə­yici gəlmişdi. Lirik musiqilərimizə maraqla qu­laq asan amerikalılar təsirlən­dik­lərindən gah göz yaşlarını boğa bilmir, şıdırığı ha­va çalınanda isə elə yerlə­rin­dəcə rəqs etməkdən çəkinmirdilər. Bu münasibəti görən Abbasqulu Nəcəf­za­də daha da ruhlanır, sanki zövq alırdı. Necə deyərlər, ha­mı heyrət içində idi. Əs­lində, İndiana Universitetində mükəmməl musiqi təh­si­li verildiyindən, burada­kı­la­rı heyrətləndirmək çox çətindir. Və bu heyrəti ame­ri­kalı tamaşaçılarda yaradan məhz Abbasqulu Nəcəfzadənin ecazkar səsli çalğı alətlərində ifa etdiyi milli ruhlu təranələrimiz oldu. Hətta Abbasqulu Nəcəf­za­də­nin 2003-cü ildə nəşr olun­muş “Çalğı alətlərimiz” kitabının nüfuzlu İndiana Uni­ver­sitetinin nəşriyyatında tezliklə ingiliscə nəşrinə qərar verildi…

Özüylə ABŞ-a Azərbaycan təravəti gətirən bu sənətkara yeni-yeni sənət uğur­ları diləyirik…”

Mən İndianada olan ərəfədə Elman Eldaroğlunun həyat yoldaşı, Miçiqan Dövlət Universitetində aspirant olan, ADA universitetinin ingilis dili müəllimi Vəfa Yunu­so­va yay dil kursunda ABŞ-ın müxtəlif universitetlərindən olan yeddi aspirant tələbəyə Azərbaycan dili dərsləri verirdi. Vəfa müəllimənin peşəkarlığı sayəsində amerikalı tələbələr qısa müddət­də azər­baycanca sərbəst danışmağı öyrəniblər. Elmi seminar zamanı mühazirədən sonra həmin tələbələr Azərbaycan musiqi mədəniyyəti ilə bağlı mənə ünvanlanmış maraqlı sualları ilə seçilirdilər. Hətta onun tələbələrindən biri Karli Storm “Sarı gəlin” mahnısını azərbaycan dilində özünəməxsus tərzdə oxudu. O, Ba­­kıya gəlməyi planlaşdırır və mən Karli xanıma söz vermişəm ki, həmin mahnını bi­zim ansamblla len­tə alacağam. Vəfa xanım tələbələrinə təkcə dilimizi, mah­nı­la­rı­mızı deyil, eləcə də mətbəx mədəniyyətimizi öyrədir. Universitetdə keçirilən musiqi və mətbəx festivalında tələbələri üçün milli şiriniyyatlarımızdan olan paxlava və şəkərbura hazırlamışdı.

Öz evini İndianaya gələn hər bir azərbaycanlı üçün ürək genişliyi ilə açan bir soy­daşımız haqqında da xüsusi bilgi vermək istəyirəm – Teymur Hacıyev. O, dər­­man preparatları hazırlayan müəssisədə mühəndis vəzifəsində çalışır. Teymur bəy İndianada qaldı­ğım qısa müddətdə demək olar ki, hər gün evində qonaqlıq təşkil edirdi. Vəfa xanım hazırladığı təamlar, Elman Eldaroğunun duzlu-məzəli söhbətləri isə başqa bir aləm idi. Yəni bu insanların səmimiyyəti nəticəsində özümü heç də qə­rib kimi hiss etmirdim.

Əziz oxucular! Beləcə, ABŞ-a olan səfərim də yaddaşıma xoş və maraqlı xa­ti­rə­lərlə həkk olundu. Hər səfər isə yeni dostlar, tanışlar qazanmaq deməkdir.     

 

Abbasqulu Nəcəfzadə,
Milli Konservatoriyanın professoru, sənətşünaslıq üzrə elmlər doktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI