Modern.az

Kişilər niyə keçəlləşir? – Alimlərdən yeni CAVAB

Kişilər niyə keçəlləşir? – Alimlərdən yeni CAVAB

20 Fevral 2017, 22:16

Şotlandiyanın Edinburq Universitetinin alimləri keçəlləşmə ilə bağlı önəmli araşdırma aparıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kişilərdə keçəlləşməyə səbəb olan 200-dən artıq genetik marker aşkar olunub. Bu kəşf keçəlləşmənin fərdi risklərini təxmin etməyə və effektiv terapiya təklif etməyə imkan verir.

 

40-69 yaş arasında 52 min kişi arasında keçirilən analizlərə görə, 32% kişidə saç itkisi fiksasioya olunmayıb, 23%-də saç bir az tökülüb, 27%-də müyyən səviyyədə keçəlləşmə müşahidə olunub və nəhayət, 18% kişilərdə intensive saç tökülməsi qeydə alınıb.

 

 

Kişilərin genomunda keçəlləşməuə cavab verən 287 variasiya (100-dən artıq gen) aşkarlanıb. Bu variasiyaların 40-I X-xromosomundan (kişilərə analarından ötürülən xromosom) keçib. Alimlər əldə olunmuş nəticələrə əsasən, yaxın zamanlarda keçəlləşmə ilə mübarizədə effektiv vasitəsilərin hazırlanacağını élan ediblər.

 

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu