Modern.az

Dünya çempionatı-2018: İngiltərə yarımfinalda

Dünya çempionatı-2018: İngiltərə yarımfinalda

7 İyul 2018, 20:00

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın üçüncü oyunu keçirilib. Modern.az xəbər verir ki, "Samara” Arenada baş tutan qarşılaşmada İngiltərə və İsveç komandaları üz-üzə gəlib.

Qarşılaşmada daha üstün olan ingilislər 31-ci dəqiqədə hesabı açıb. Mequayr dəqiq baş zərbəsi ilə komandasını önə çıxarıb.

Dele Alli 59-cu dəqiqədə hesabı İngiltərənin xeyrinə 2:0 edib. Oyun elə bu hesabla da yekunlaşıb.

Beləliklə İsveçə 2:0 hesabı ilə qalib gələn İngiltətə növbəti yarımfinalçı olub.

İngiltərənin yarımfinalda rəqibi isə bu gün axşam keçiriləcək Xorvatiya Rusiya oyunundan sonra müəyyənləşəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu