Modern.az

Dopinqin “küpünə girən” bu idmançılarımız yarışlardan kənarlaşdırılıb - SİYAHI

Dopinqin “küpünə girən” bu idmançılarımız yarışlardan kənarlaşdırılıb - SİYAHI

17 Dekabr 2019, 09:17

Dopinq - idmançıların yarışda üstünlük qazanmaları üçün istifadə etdikləri performans artırıcı dərman və ya üsulların ümumi adıdır. Bir dopinq növü olan hər hansı dərman qandakı oksigen miqdarını süni olaraq artırır və nəticədə fərdin hemoqlobin konsentrasiyasını normal səviyyədən bir səviyyə yüksəyə qalxmasına səbəb olur. 


Dopinq istifadə edən idmançıların fəaliyyətinə müəyyən olunan müddət ərzində sanskiyalar qoyulur.


Dünyada dopinqdən istifadə edən milyonlarla idmançı var. Bəs Azərbaycanda necə, dopinq istifadəsinə görə fəaliyyətinə sanksiya qoyulan idmançılarımız çoxdurmu?


Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva Modern.az-a dopinqdən istifadəyə görə fəaliyyətinə sanksiya qoyulan idmançılarımızın adlarını və məşğul olduqları idman növlərini açıqlayıb.

 

Kirill Pozdnyakov - Velosiped idmanı, 24 aylıq diskvalifikasiya

Orxan Zeynalov - Ağır atletika, 48 aylıq diskvalifikasiya

Aliyə Müslümova – Cüdo, 24 aylıq diskvalifikasiya

Maqomed Rizvanov – Cüdo, 48 aylıq diskvalifikasiya

Mürsəl Kərimov – Bodibildinq, 48 aylıq diskvalifikasiya

Cəlal Süleymanov - Güləş, 96 aylıq diskvalifikasiya

Umar İsrailov - Güləş, 48 aylıq diskvalifikasiya

Mustafayev Qadir - Velosiped idmanı, 48 aylıq diskvalifikasiya

Ramazan Əliyev - Velosiped idmanı, 33 aylıq diskvalifikasiya

Emin Qocayev - Ağır Atletika, 48 aylıq diskvalifikasiya

Rəcəb Mustafayev - Ağır atletika, 48 aylıq diskvalifikasiya
Azər Hüseynov - Güləş, 48 aylıq diskvalifikasiya

Cavid Feyziyev - Güləş, 48 aylıq diskvalifikasiya

Zaman Piriverdiyev – Atletika, 42 aylıq diskvalifikasiya

Rövşən Fətullayev - Ağır Atletika, 96 aylıq diskvalifikasiya

İftixar Abdullayev – Voleybol, 24 aylıq diskvalifikasiya

Sabina Saviç – Voleybol, 48 aylıq diskvalifikasiya

Cəbrayıl Abzərli - Ağır atletika, 48 aylıq diskvalifikasiya

Təbriz Yusubzadə - Güləş, 24 aylıq Diskvalifikasiya

Mirqadir Miriyev – Boks, 24 aylıq diskvalifikasiya

Qurban Qurbanov - Güləş, 48 aylıq diskvalifikasiya

Şəhriyar Məmmədov - Güləş, 48 aylıq diskvalifikasiya

Ağalar Sadıqzadə - Boks, 48 aylıq diskvalifikasiya

Fərid Qasımzadə - Boks, 48 aylıq diskvalifikasiya

Elvin Qənbərov – Boks, 48 aylıq diskvalifikasiya

Heydər Abdullayev - Güləş, 48 aylıq diskvalifikasiya

Ülvi Mustafayev – Taekvondo, 24 aylıq diskvalifikasiya

Mansur Şahinov - Güləş. 48 aylıq diskvalifikasiya

Xalid Əlizadə - Güləş, 48 aylıq diskvalifikasiya

Sübhan Muradov - Güləş, 48 aylıq diskvalifikasiya

Səbinə Nuriyeva - Həndbol, 48 aylıq diskvalifikasiya

Adil Rzayev – Bodibildinq, 48 aylıq diskvalifikasiya
Fövqi Əfəndiyev – Bodibildinq, 48 aylıq diskvalifikasiya

Kənan Cəlilov – Bodibildinq, 48 aylıq diskvalifikasiya.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı