Modern.az

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı - VİDEO

Azərbaycanlıların 1918-ci ildə istifadə etdiyi sığınacaq tapıldı - VİDEO

Mədəniyyət

26 İyul 2020, 17:47

Gənc tədqiqatçılar Elnur Nəciyev və Günay Nəciyeva 1918-ci il soyqırımı zamanı azərbaycanlıların istifadə etdikləri sığınacaq aşkar ediblər.

Modern.az-ın məlumatına görə, bu sığınacaq Qobustan rayonunun Sündü kəndində yerləşir. Gənclərin sığınacaq barədə hazırladıqları videoda göstərilir ki, yerli əhalinin verdiyi məlumata görə, Qəzənfər quyulu mağaraları 1918-ci il soyqırımı zamanı sığınacaq kimi istifadə olunub.

Qeyd edək ki, ermənilərin Sündü kəndində törətdikləri soyqırımı zamanı 250 nəfər öldürülüb və 198 ev yandırılıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza