Modern.az

İsa Qəmbər: “Atamın doğulduğu kəndin işğaldan azad edilməsi...” - Təəssürat

İsa Qəmbər: “Atamın doğulduğu kəndin işğaldan azad edilməsi...” - Təəssürat

20 Oktyabr 2020, 17:26

“Atamın doğulduğu kəndin işğaldan azad edilməsi münasibətilə dostlar zəng edib təbrik edir,  jurnalistlər fikrimi-hissimi soruşurlar”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Füzuli rayonunun kəndlərinin işğaldan azad olunmasına münasibət bildirərkən deyib.

O torpaqlarımızın işğaldan azad olunması ilə bağlı sevincini ifadə edib və jurnalistlərə, təbrik edənlərə təşəkkürünü bildirib:  

“Çox sağ olsunlar!

Torpağımızın hər qarışı mənim üçün müqəddəsdir. Hər bir kəndimizin, şəhərimizin azad edilməsinə çox sevinirəm.

Bu gün isə ən çox sevindiyim Zəngilanın azad edilməsiylə Azərbaycanımızın öz cənub sərhədlərinə sahib çıxması, bu sərhədlərin Ermənistanın (və dolayısı ilə Rusiyanın) nəzarətindən qurtulmasıdır.
Bu geostrateji uğurdur!”.

Xatırladaq ki, İsa Qəmbərin atası, mərhum kimyaçı alim Yunis Qəmbərov Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində doğulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir