Modern.az

“Oqtay Mirqasımov öz soyadını hörmətdən salır” - Eldəniz Quliyev

“Oqtay Mirqasımov öz soyadını hörmətdən salır” - Eldəniz Quliyev

3 Avqust 2012, 18:55

Keçmiş Birliyin baş redaktoru od püskürdü

“Oqtay Mirqasımovu tənqid edən yazını işdən çıxarılandan sonra deyil, baş redaktor işləyə-bunu işləyə-işləyə yazmışdım”.  Modern.az-a açıqlamasında ssenarist Eldəniz Quliyev bildirib.

Xatırladaq ki, yeni yaranmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının tərkibində olan kinorejissor Oqtay Mirqasımov KİV-ə açıqlamasında bildirib ki, “Azərkinovideo İstehsalat Birliyi”nin baş redaktorunu işdən çıxardıqdan sonra həmin şəxs onun haqqımda böhtanlar yazıb.

Açıqlamada adı çəkilməyən, lakin xatırlanan dövrdə keçmiş “Azərkinovideo İstehsalat Birliyinin baş redaktoru olmuş Eldəniz Quliyev deyib ki, onun O. Mirqasımovun fəaliyyətini tənqid edən yazısı “Azərbaycan” və “Xalq” qəzetlərində dərc edilib.

“İstəməzdim ki, xəstə təfəkkürlü adamlara cavab verəm. Mənim gözümün qabağında baş verən rüşvətxorluq, kinoteatrların müdirlərindən az qala dünənə kimi yığdığı pullarda yadımdadır. O, indi özünü təmiz bir adam kimi aparmasın. Mirqasımov bu cür çıxışları ilə soyadının əvvəlindəki “mir” sözünü hörmətdən salır. Buna çox təəssüf edirəm”, – deyə E. Quliyev vurğulayıb.

O. Mirqasımovun müsahibəsində Space TV-nin hazırkı prezidenti Vaqif Mustafayevin mədəniyyət nazirinin müavini təyin olunduğu vaxt Oqtay Mirqasimovla “Azərbaycanfilm” studiyasının bütün heyətinin qarşısında bir-birini təhqir etməsi təkzib edilir. E. Quliyev sözügedən hər iki şəxsin hər zaman mübahisə etdiyini deyib. “Onlar arasında hər zaman konflikt olub və hər birisi bir-birini dəli adlandırıblar”.

““Azərkinovideo İstehsalat Birliyi” Kino Komitəsinin varisi idi. SSRİ dağılanda “Azərkinovideo” yarandı. Sonradan o, ölkə başçısının sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeçiliyinə keçdi. Bu prosesin Vaqif Mustafayev və Oqtay Mirqasımovun aralarında olan bədii davaya aidiyyatı yox idi. Amma indi bir-birini xəstə adlandıran adamların bir yerdə olması mənim üçün çox təəccüblüdür və bundan heç də yaxşı nəticə gözləmirəm”.

Yeni yaranan kino təşkilatını “GMO” (genetik modifikasiya olunmuş) adlandıran E. Quliyev əlavə edib: “Eldar Quliyev və başqaları həmişə Rüstəm İbrahimbəyova və ümumiyyətlə istedadlı adamlara paxıllıq ediblər. Yeni təşkilatda bircə Mais Ağabəyova təəccübləndim ki, bu cür ağıllı adam və xalq rəssamısan, niyə gedib dövlətin rəssamı olursan? Şəfiqə Məmmədova isə sadəlövh bir insandır. Çox gözəl aktrisamızdır, amma çox sadəlövh”. 

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi