25 yanvar tarixi Azərbaycan mətbuatında məşhur xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günü kimi qeyd olunub.
Tarixçi-alim Firdovsiyyə Əhmədova Modern.az-a bildirib ki, bu məlumat yanlışdır:
“Sosial şəbəkələrdə və internet saytlarında 25 yanvar tarixi Hacı Zeynalabdin Tağıyevin ad günü kimi qeyd olunub. Onu demək istəyirəm ki, bu məlumat yanlışdır. Hacı Zeynalabdin Tağıyevin doğum gününün nə zaman olduğu hələ dəqiq bilinmir. Onun irsinin araşdırılması davam edir”.
Qeyd edək ki, mətbuat orqanları bu məlumatı paylaşarkən Vikipediyaya istinad ediblər.