Modern.az

Yaşar Nuri: “Həyat yoldaşım mənə saat alıb, amma mənim puluma” - AD GÜNÜ

Yaşar Nuri: “Həyat yoldaşım mənə saat alıb, amma mənim puluma” - AD GÜNÜ

3 Sentyabr 2012, 13:26

Bu gün tanınmış incəsənət xadimi, Xalq artisti Yaşar Nurinin doğum günüdür. 1951-ci ildə anadan olan aktyor 61 yaşını qeyd edir. Səhhətində yaranan problemlərlə bağlı hazırda Türkiyədə müalicə olunan Y.Nuri həm doğum günü, həm də səhhəti ilə bağlı Modern.az-a danışıb.

  – Doğum gününüz mübarək.

– Çox sağ olun, təşəkkür edirəm.

 
– Ad gününü necə qeyd edirsiniz, kimlər var yanınızda?  

– Həyat yoldaşım, qızlarım və torpaq var. 

– Bəs ilk hədiyyə nə oldu? 

– Həyat yoldaşım saat alıb, amma mənim puluma.  

– Səhhətiniz necədir?
 

– Çox şükür yaxşıdır, səhhətim normaldır. Sentyabrın ortalarında Bakıya qayıdacağam. Buradan hər kəsə salam deyirəm. Çox sağ olun ki, zəng etmisiniz.  

Sevinc İltifatqızı
     
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal